PUA-ların sonu çatır? İsrail “qatil lazer”in gücünü göstərdi

PUA-ların sonu çatır?  İsrail “qatil lazer”in gücünü göstərdi

İsraildə PUA-ları vurmaq üçün nəzərdə tutulmuş lazer silahının sınağı uğurla keçib. İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf departamentinin Elbit Systems konserni ilə birgə keçirdiyi testlər zamanı HPL-WS (High Power Laser Weapon System) lazer silahı müxtəlif hündürlükdə və uzaqlıqda olan PUA-ları effektiv şəkildə zərərsizlşdirib. Yayılan kadrlarda silahın insansız təyyarənin bortunda necə deşik açdığı aydın görünür.

İsrailin Müdafiə Nazirliyinin yaydığı məlumatda bu silahın “Dəmir Qübbə”yə əlavə olunacağı və ölkənin Hava Hücmundan Müdafiə Sistemini tamamlayacağı bildirilir.

- Bu silah havadan gələn təhdidləri neytrallaşdırmaqla yeni yol açacaq,- deyə İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf departamentinin rəhbəri Yaniv Rotem bildirib.

Yeni qurğunun 2025-ci ildə silahlanmaya daxil ediləcəyi gözlənilir.

Samir Quliyev
 

Mənbə: azvision.az