Britaniya HHQ-yə 14 ədəd “Chinook” helikopteri tədarük ediləcək

Britaniya HHQ-yə 14 ədəd “Chinook” helikopteri tədarük ediləcək

“Boeing” şirkəti Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə “Chinook” ağır yük helikopterləri tədarük edəcək. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

578 milyon dollarlıq müqaviləyə 14 ədəd helikopterin tədarükü daxildir.

Birləşmiş Krallıq “Chinook” helikopterlərinin “Block 2” versiyasının ilk beynəlxalq operatoru olacaq. Tədarüklərin 2026-cı ildə başlaması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az