Türkiyənin STM şirkətinin avtonom sistemlərinə Asiyada böyük maraq var

Türkiyənin STM şirkətinin avtonom sistemlərinə Asiyada böyük maraq var

Türkiyə STM şirkətinin məhsullarına Asiya ölkələri də daxil olmaqla bir çox dövlətlər tərəfindən böyük maraq göstərilir. Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Özgür Güleryüz məlumat verib.

O, müştərilərin əsasən şirkətin avtonom sistemlərinə maraq göstərdiyini bildirib.

STM şirkəti quru, hava və dəniz platformaları üçün avtonom sistemlər, peyk və kosmik vasitələr istehsal edir.

Şirkətin direktoru Yaponiyanın “Nikkei Asia” nəşrinin suallarını cavablandırarkən Asiya ölkələrinin “Kargu” PUA-larına maraq göstərdiyini qeyd edib.

Sevinc Əliyeva
 

 

Mənbə: ordu.az