Buz təbəqəsində 15 min illik virus aşkarlanıb

Buz təbəqəsində 15 min illik virus aşkarlanıb

ABŞ-ın Ohio Dövlət Universitetinin alimləri tərəfindən maraqlı araşdırma aparılıb.

“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, Çindəki Tibet yaylasında 15 min illik viruslar tapılıb.

Akademik jurnal olan “Microbiome”də yayımlanan araşdırmada 2015-ci ildə Guliya buz təbəqəsindən götürülmüş iki nümunə tədqiq edilib. Nümunələrdə isə 33 virusun genetik kodunun olduğu bildirildi.

Viruslardan 4-ü əvvəl, 28-i isə ilk dəfədir ki, aşkar edilib. İndiyə qədər aşkar edilmiş virusların buz sayəsində gəldiyi vurğulanıb. Nümunələrin götürüldüyü Guliya buz təbəqəsinin dəniz səviyyəsindən təxminən 6 min 700 metr yüksək olduğu ifadə edilib.

Tədqiqatın aparıcı müəllifi Zhi-Ping Zhong bu sözləri söyləyib:

“Buzlaqlar zamanla toz və qazlarla meydana gəlib. Həqiqətən çox sayda virus var idi”.

 

Mənbə: sherg.az