"Twitter"də tezliklə "dislike" funksiyası istifadəyə verilə bilər - FOTO

"Twitter"də tezliklə "dislike" funksiyası istifadəyə verilə bilər - FOTO

"Twitter" sosial şəbəkəsi postlarda “dislike” (bəyənməmə) funksiyasını sınaqdan keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə “Irishtimes” məlumat yayıb.

Şirkətin açıqlamasına görə, bu funksiya postlara gələn “cavablar"dan (replies) hansılarının yazılan mövzuya daha uyğun olduğunu müəyyənləşdirmək üçündür.

Belə ki, sözügedən “dislike” düyməsindən orijinal postlarda yox, yalnız onlara yazılan “cavablar"da istifadə etmək mümkündür.

Hazırda sınaqlar tətbiqin yalnız “iOS” cihazlar üçün nəzərdə tutulmuş versiyasında həyata keçirilir. “Twitter”in bu funksiyanı tam şəkildə istifadəyə verib-verməyəcəyi hələ ki, məlum deyil.

Bizim.Media

Mənbə: bizim.media