Tokio-2020: Avstronavt cüdoçulara kosmosdan səsləndi

Avropa Kosmik Agentliyinin fransalı astronavtı Toma Peske bütün cüdoçulara Tokio Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.

"Report"un məlumatına görə, hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan cüdo üzrə qara kəmər sahibi olimpiadada qələbəni kosmosa uçuşla müqayisə edib.

"Həyatım boyunca cüdonun dəyəri mənim üçün həmişə faydalı olub. Kosmonavt olmaq cüdo üzrə olimpiya çempionluğu kimidir. Çünki bu, ehtiras və çoxillik məşq tələb edir. Olimpiadada hamıya uğurlar arzulayıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, Toma Peske 2016-cı ildə "Soyuz MS-03" kosmik gəmisi heyətinin göyərtə mühəndisi kimi ilk uçuşunu həyata keçirib. Bu ilin aprelində o, "Crew Dragon" ekipajının tərkibinə daxil edilib. Pekeni orbitdə 6 ay gözləyir.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

İyunda istehlak kreditləri 100 milyon manata yaxın artıb

SONRAKI XƏBƏR

Regional bazarda Ermənistan və Gürcüstan niyə yoxdur?