ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir

Bakı. Ləman Zeynalova – Trend:

ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir.

Bunu ABŞ Kosmik Qüvvələrinin kosmik əməliyyatlar bölməsinin rəisi, general Con Reymond Trend-in kosmik sahədə ABŞ-la Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə sualını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələdə tərəfdaşlar vacibdir və kosmosun dinc tədqiqinə sadiq olan həmfikir ölkələrlə əməkdaşlıq imkanları mövcuddur.

C.Reymond bildirib ki, Birləşmiş Kosmik Əməliyyatlar Mərkəzi ABŞ üçün vacib təşkilatdır:

“Bu mərkəzdə öz imkanlarımızın komanda-operativ idarəetməsini təmin edirik. Təşkilat kosmik sahədə təhlükəsizliyin və məlumatlılığın təmin olunmasını hədəfləyir. Biz, həmçinin çalışırıq ki, bütün dünyada yerləşmiş birgə və koalisiya qüvvələrimiz öz missiyalarının icrası üçün zəruri olan kosmik imkanlara malik olsun. Problemlər böyük olsa da fəaliyyətlərimizin birləşdirilməsi və tərəfdaşlıq münasibətlərindən faydalanmaq üçün imkanlar mövcuddur.

Bu mərkəz təkcə ABŞ-da və bütün dünyada silahlı qüvvələrə deyil, həm də sadə vətəndaşlara da, məsələn, GPS xidmətindən istifadə edən insanlara kritik vacib imkanlar təqdim edir. Ona görə də biz bu sahənin təhlükəsizliyini təmin etməyə çalışırıq və Birləşmiş Kosmik Əməliyyatlar Mərkəzi bizim üçün bu istiqamətdə kritik vacib dayaqdır”.

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda ana tanışı ilə 18 yaşlı qızını tualetdə zəncirlə bağladı - YENİLƏNİB + RƏSMİ

SONRAKI XƏBƏR

"Sabah" Gürcüstan klubuna uduzdu