"iPhone 7" sifariş etdi - GÖRÜN NƏ GƏLDİ - FOTOLAR

"iPhone 7" sifariş etdi - GÖRÜN NƏ GƏLDİ - FOTOLAR

Zamanəmizdə internet insanların bir çox işini asanlaşdırıb. Lakin onlayn sifariş rahat olduğu qədər, həm də təhlükəlidir. Pulunu ödəyirsən, nə alacağını isə bilmirsən, o da əgər göndərsələr...

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı tragikomik hadisə Taylanddan olan bir oğlanın başına gəlib.

Belə ki, o, onlayn mağazalardan birində "iPhone 7" sifariş etmək qərarına gəlib, lakin indi nəinki zəng etmək, aldığı "telefon"u qaldırmağa belə gücü çatmır, çünki bu "iPhone" telefon deyil, MASADIR.

Oğlan sifariş zamanı diqqətsizlik etdiyini və qiymətin daha münasib olduğunu gördükdə "ev üçün mebel" bölməsindən sifariş verdiyini etiraf edib. Çatdırılmanın baha olduğunu görəndə bir anlıq düşünsə də, buna əhəmiyyət verməyib.

Səhəri gün sifariş artıq onun qapısında olub. Oğlan içində "İPhone"un nəhəng kopyası formasında masa olan qutunu görüncə mat qalıb.

 

Çəhrayı rəngdə "smartfon"un hətta böyük "çıxış düyməsi", "dinamik" və "kamera"sı var, "SİM-kart" üçün yerdə isə siyirtmə quraşdırılıb.

Qeyd edək ki, bu cür masalar "your10X10" Koreya şirkəti tərəfindən istehsal olunur.

Mənbə: news.day.az