Hankook Tire Cənubi Koreyada zavodunun işini dayandırır

Satış üzrə dünyanın altıncı ən böyük avtomobil təkərlərinin istehsalçısı "Hankook Tire & Technology Co" Cənubi Koreyadakı zavodunun fəaliyyətini dayandırmağa qərar verib.

Trend Yonhap-a istinadən xəbər verir ki, qərarın qəbul edilməsinə səbəb ətraf yaşayış məntəqələrində yeni növ koronavirusun yayılmasıdır.

Şirkət Çunqçeonq əyalətində yerləşən Geumsan bölgəsindəki zavodun işini iki gün müddətinə dayandıracaq.

Bildirilir ki, son üç gündə zavodun 12 işçisi koronavirusa yoluxub. Məlumata əsasən, müəssisənin fəaliyyətinin iyulun 26-da yenidən bərpa edilməsinə qədər 3000 işçi koronavirus testi verəcək.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Avropa ölkəsində aksiya: Polisə daş atıldı

SONRAKI XƏBƏR

Qurbanlıq buğa faciəyə səbəb oldu - VİDEO