Rusiya elektrik mühərrikli təyyarəsini göstərdi

İlk sınaq uçuşuna çıxan təyyarənin elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusunu iki adi turboreaktiv mühərrik tamamlayır.

BAKI, 24 iyul - Sputnik. Rusiyanın elektrik mühərriki ilə təchiz edilmiş Як-40ЛЛ laboratoriya təyyarəsi MAKS-2021 aviasalonunda ilk sınaq uçuşunu keçirib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə yə Perspektiv Araşdırma Fondunun mətbuat xidmətindən məlumat veriblər.

"Bu dəqiqələrdə MAKS-2021 aviasalonunda Як-40 təyyarəsinin nümayiş uçuşu oldu. Təyyarə yüksək keçiriciliyə malik elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusu ilə təchiz olunub. Uçuş zamanı pilot elektrik güc qurğusunu işə salıb", - mətbuat xidmətindən bildirilib.

Elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusunu iki adi turboreaktiv mühərrik tamamlayır. O, akkumulyator batareyaları, 500 kVt (680 at gücü) gücündə elektrik nühərriki və enerşi şəbəkəsindən (turboyivli mühərrik və ona qoişulmuş elektrik generatoru) ibarətdir. Yüksək temperatu və yüksək keçiricilik qabiliyyətinə malik texnologiyalar və kriogen soyutma sistemi sayəsində elektrik mühərriki analoqlarından 5-20% sərfəlidir.

Təyyarənin hibrid mühərrikinin sınaqları fevralda Novosibirskdə başlanıb.

MAKS-2021

Jukovski aerodromundakı aviasalon iyulun 20-də başlayıb və iyulun 25-dək davam edəcək. Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

ADU-da magistr qəbulu əvvəlki göstəriciləri üstələdi

SONRAKI XƏBƏR

Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı