Mahindra Wrangler modelinə bənzəyən ofrouderi xarici bazarlara çıxarmaqdan imtina edib - FOTO

Bir müddət bundan əvvəl, Hindistanın Mahindra & Mahindra şirkəti xarici bazarlara şübhəli şəkildə Jeep Wrangler (CJ) modelinə bənzəyən Thar büdcə ofrouderini çıxarmaq niyyətində idi.

Bununla birlikdə, avtomobil istehsalçısı bu planlarından imtina etməli olub. Üstəlik, hindlilər bunu, ehtimal olunduğu kimi, Jeep və Stellantis hüquqşünaslarının təzyiqi altında deyil, başqa bir səbəbdən etdiklərini bildiriblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mahindra & Mahindra şirkəti qərarını Thar modelinin "Hindistan bazarında çox yüksək tələbata malik olduğu" ilə izah edib və bu səbəbdən də, Avstraliya da daxil olmaqla, digər bazarlara intervensiya etmək fikrindən daşındığını bildirib .

May ayının əvvəllərində Mahindra şirkətinin Thar ofrouderinin Avstraliyada satışına başlamağa hazırlaşdığı, habelə hind markasının sertifikatlaşdırma prosesinə və reklam kampaniyasına start verdiyi bildirilmişdi. Thar modelinin eksteryer dizaynının Wrangler ofrouderinə bənzəməsi Jeep şirkətini hüquqi prosedurlara başlamağa vadar etmişdi.

Mahindra & Mahindra şirkətinin nümayəndəsi Jeep şirkətinin bu mərhələdəki iddiasını "mənasız" adlandırıb.

"Thar modelinin Avstraliyadakı satışlarını başlatmağa qərar verdiyimiz zaman, Stellatnis şirkətini 90 gün əvvəl xəbərdarlıq edəcəyik, üstəlik, avtomobili bazara çıxarmaq və satmaq hüquqlarımızı qorumaq üçün müvafiq addımlar atacağıq",- deyə şirkət nümayəndəsi bildirib. Nəticədə Jeep şirkətinin iddianı geri çağırdığı məlum olub.

Əvvəllər Jeep şirkəti mübahisəli dizaynı olan Mahindra Roxor modelinin ABŞ-dakı satışına qadağan qoyulmasına müvəffəq olmuşdu. Məhkəmədə uduzduqdan sonra, Mahindra & Mahindra avtomobili yeniləyəcəyini və görünüşünü dəyişdirəcəyini vəd etmişdi - beləliklə Thar modeli işıq üzü görmüşdü.

Lakin görünən odur ki, bu dəyişikliklər hind markasının Jeep şirkətinin hüquqşünasları ilə olan problemlərini həll etməyib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kürdəmirdə şadlıq sarayının sahibi cərimələndi

SONRAKI XƏBƏR

Şirkət rəhbərinin oğluna hökm oxundu