"Sputnik V" peyvəndi onkoloji xəstələrə də tövsiyə olundu

"Sputnik V" peyvəndi onkoloji xəstələrə də tövsiyə olundu

Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib ki, hormonal terapiya da daxil olmaqla (ancaq hematoloji toksikasiya əlamətləri olmayan) uzunmüddətli müalicə kursu alan bütün pasiyentlər vaksinasiyaya cəlb edilə bilərlər.

BAKI, 24 iyul — Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi yetkinlik yaşına çatmış vətəndaşların COVID-19-a qarşı peyvənd olunmasına dair müvəqqəti xarakter daşıyan təlimatları yeniləyib. Sputnik Azərbaycan bu barədə -yə istinadla xəbər verir.

Beləliklə, dəyişikliklərə əsasən, "Sputnik V" peyvəndi başlanğıc səviyyəsindən asılı olmayaraq müalicəsi başa çatmış bütün xərçəng xəstələri üçün tövsiyə olunur. Əməliyyat olunması planlaşdırılan xəstələr isə bundan 14 gün və ya daha əvvəl vaksinasiya oluna bilərlər.

"EpiVakKorona" (Rusiyanın "Vektor" mərkəzinin istehsal etdiyi peyvənd preparatı) peyvəndi isə allergiyanın ağır formalarından, bədxassəli şişlərdən, ilkin immun çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə əks-göstəriş sayılır.

Ancaq kəskin infeksion və ya yoluxucu olmayan xəstəlik keçirmiş şəxslərə sağaldıqdan 2-4 həftə sonra bu preparatla peyvənd olunmaları tövsiyə edilir.

Peyvəndin hər hansı bir komponentinə qarşı həssaslıq, xəstəlik tarixçəsində şiddətli allergik reaksiyalarla bağlı halların mövcud olması, ana südü ilə qidalanma vaksindən imtina üçün səbəb sayıla bilər. Bununla belə, hamiləlik inyeksiya üçün əks göstəriş hesab olunmur.

Nazirliyin mətbuat xidməti əmin edir ki, xərçəng əleyhinə müalicə alan xəstələr üçün peyvənd sonrası reaksiyaların artma riski yoxdur.

Nazirlikdən o da bildirilib ki, hormonal terapiya da daxil olmaqla (ancaq hematoloji toksikasiya əlamətləri olmayan) uzunmüddətli müalicə kursu alan bütün pasiyentlər vaksinasiyaya cəlb edilə bilərlər.

 

Mənbə: sputnik.az