Koronavirusun genomunda zəif bölgələr tapıldı

SARS-CoV-2 genomunda mutasiyaya uğramayan və antivirus dərmanları üçün hədəf ola biləcək bölgələr var.

Almaniyalı alimlərin bu barədə tədqiqat materialları “Angewandte Chemie” jurnalında dərc edilib.

Qeyd edilir ki, koronavirusa qarşı aktiv maddələrin axtarışı əsasən replikasiyanı dayandıra və ya ləngidə bilən viruslu zülalların bloklanmasına əsaslanır. Bununla yanaşı, virusun uzun RNT molekulunu hədəf alması da oxşar təsirə malikdir.

Buna əsasən tədqiqatçılar nüvə maqnit rezonans spektroskopiyasından istifadə edərək koronavirus genomunu analiz ediblər və SARS-CoV-2 genomunun müxtəlif koronaviruslarda çox oxşar və vacib tənzimləyici funksiyalara sahib olan 15 qısa seqmentini aşkarlayıblar. Məlum olub ki, bu fraqmentlər çox nadir hallarda mutasiyalara məruz qalır – onlar demək olar ki, 2020-ci il boyu dəyişməyiblər.

Alimlər artıq SARS-CoV-2-nin artmasının qarşısını alacaq dərmanların axtarışına başlayıblar.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Tovuzda avtomobil qəzası olub, xəsarət alan var

SONRAKI XƏBƏR

Bolqarıstan Balkanlarda ən uzun tunelin inşasına başlayır