Rusiya kosmik zibilin Yerə düşməsi proqnozunu verən sistem yaratmağı təklif edib

Kosmik tullantıların planetimizin ərazisinə necə gəldi düşərək texnogen faciələr yaratmaması üçün yeni həll düşünülüb.

BAKI, 25 iyul — Sputnik. Rusiyanın "Dəqiq cihazqayırma sistemləri" elmi-texniki korporasiyası daşıyıcı raketlərin pilləkənlərini, sürətləndirici blokları və peykləri bucaq əksetdiriciləri ilə təmin etməyi təklif edib. Bu əksetdiricilər onların Yerə düşməsini yüksək dəqiqliklə proqnozlaşdıra biləcəklər. Bu barədə -yə müəssisənin baş konstruktoru Vladimir Pasınkov bildirib.

"Bizdə hazırda yeni texnoloji həll var - "priamida" sinfindən olan kiçik qabaritli retroreflektor sistem. O, 4 bucaq əksetdiricisindən ibarətdir. Sistem çox yüngüldür - 40 qram. Biz "Roskosmos"a onu daşıyıcı raketlərin pilləkənlərinə, sürətləndirici bloklara və peyklərə quraşdırmağı təklif edəcəyik", - Pasınkov MAKS-2021 Beynəlxalq aviasiya-kosmik salonunda deyib.

Onun sözlərinə görə, bu onların orbitdən çıxması anını müəyyən etməyə və Yerə düşmə sahəsini yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verəcək. Bununla da, iri kosmik texnika fraqmentlərinin Yerə düşməsi ilə bağlı texnogen fəlakətlərin qarşısını almaq mümkün olacaq.

MAKS-2021 aviasalonu 20-25 iyul aralığında Moskva ətrafındakı Jukovskidə keçirilir.

RİA Novosti MAKS-2021 aviasalonunun baş, Sputnik agentliyi isə rəsmi informasiya tərəfdaşıdır.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Ağdamda ata oğlunun məzarını qazdı - Meyitə verilən işgəncə hər kəsi dəhşətə gətirdi - VİDEO

SONRAKI XƏBƏR

Çində gəmi batdı