Altı ayda ölkəyə elektriklə işləyən 4914 nəqliyyat vasitəsi gətirilib

Altı ayda ölkəyə elektriklə işləyən 4914 nəqliyyat vasitəsi gətirilib

Yanvar-iyun aylarında ölkəyə 4914 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 4878-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 36-sı isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Mənbə: azertag.az