“AzScienceNet” şəbəkəsinin GEANT-ə inteqrasiyası istiqamətində işlər genişləndirilir

“AzScienceNet” şəbəkəsinin GEANT-ə inteqrasiyası istiqamətində işlər genişləndirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elektron elm və “AzScienceNet” şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində işlər genişləndirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, GEANT şəbəkəsinə qoşulmaq üçün ehtiyat fiber-optik (1 Gbit/san.) əlaqə kanalı sazlanılıb, internet trafiki sürəti 3 Gbit/saniyəyə kimi artırılıb. Altı ay ərzində e-elm və e-təhsilin şəbəkə infrastrukturları olan “AzScienceNet” və “AzEduNet”in inteqrasiyası, internet və GEANT-a etibarlı çıxışların təmin edilməsi ilə əlaqədar işlər davam etdirilib.

AMEA-nın institut və təşkilatlarına məxsus 200 yeni kompüter “AzScienceNet” şəbəkəsinə qoşulub, Data Mərkəzdə 168 Tbayt yaddaşa malik yaddaş qurğusu quraşdırılıb.

Mənbə: azertag.az