"Pfizer" peyvənd satışı proqnozunu xeyli artırıb $33,5 MILYARDA QƏDƏR

"Pfizer" peyvənd satışı proqnozunu xeyli artırıb $33,5 MILYARDA QƏDƏR

"Pfizer" şirkəti (ABŞ), Almaniyanın BioNTech ilə birlikdə hazırladığı COVID-19 peyvəndi üzrə satış prognozunu 29% - 33,5 milyard dollara qədər artırıb.

Virtualaz.org Reuters agentliyinə istinadən xəbər verir ki, yüksək proqnozlar 2,1 milyard doza həcmində imzalanmış müqavilələrə əsaslanır. Şirkət əlavə müqavilələr imzalayacağı təqdirdə bu rəqəmi artıra bilər. Dekabr ayından bəri Pfizer 1 milyard doza peyvənd satıb. Bu il şirkət təxminən 3 milyard doza istehsal edilməsi planlaşdırılır.

Qeyd edək ki, keçən həftə Johnson & Johnson şirkəti istehsal etdiyi peyvəndin satışlarını 2,5 milyard dollar həcmndə qiymətləndirib, Moderna isə - 19,2 milyard dollarlıq peyvənd satmağı proqnozlaşdırır.

 

Mənbə: virtualaz.org