Rusiya PUA-lar üçün raketlər hazırlayır

Rusiya PUA-lar üçün raketlər hazırlayır

Rusiya payızda “Orion” zərbə PUA-ları üçün nəzərdə tutulan “Vixr” tank əleyhinə raketləri sınaqdan keçirəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb. Agentlik bu raketlərin döyüş meydanında “Orion”un effektivliyini artıracağını bildirib.

“Vixr”lərin döyüş meydanında hərəkət edən tankı məhv etmə qabiliyyətinin 80% olduğu vurğulanıb.

Mənbə: axar.az