Huawei P50 və P50 Pro təqdim olundu - FOTO

Huawei P50 və P50 Pro təqdim olundu - FOTO

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqman smartfonlarını təqdim edib. Söhbət Huawei P50 və P50 Pro smartfon modellərindən gedir.

Bizim.Media xəbər verir ki, şirkət P50 seriyasında əsas diqqətini smartfonun foto və videoçəkiliş özəlliklərinə ayırsa da digər xüsusiyyətləri unutmayıb.

Məsələn ilk dəfə olaraq adi P50 modeli periskop kamera obyektivini özündə birləşdirib. Adi P50 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1224 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub.

Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. P50 Pro modeli xarici görünüşcə adi P50 ilə eynidir. Lakin bəzi texniki özəlliklər baxımından bu smartfonlar öz aralarında fərqlənirlər.






Mənbə: bizim.media