Facebook-un ilk smart eynəyi gələn il satışa çıxarılacaq

Facebook-un ilk smart eynəyi gələn il satışa çıxarılacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. Söhbət Whatsapp, Messenger və Instagram-dan gedir.

Bizim.Media xəbər verir ki, bundan əlavə olaraq Oculus şirkəti də Facebook-un tərkibinə daxildir və bu şirkət virtual reallıq (VR) sahəsində innovativ məhsulları ilə tanınır.


Facebook isə uzunmüddətli perspektivdə məhz virtual reallıq sahəsinə böyük təsir göstərmək istəyir.

Artıq məlumdur ki, Facebook Ray-Ban şirkəti ilə birlikdə “smartfon kimi çalışan” smart eynək üzərində çalışır. Bu, VR və AR sahəsində olan ən iddialı layihələrdən biridir və o, hər iki şirkətin külli miqdarda vəsaitini sərf edir. Lakin Facebook bu layihənin artıq final mərhələsinə yaxınlaşır. Belə ki, Facebook-un ilk smart eynəyinin təqdimatı artıq gələn il baş tuta bilər.

Bizim.Media

Mənbə: bizim.media