Hindistan Ermənistana 150 min qumbara verəcək

Hindistan Ermənistana 150 min qumbara verəcək

Hindistan Ermənistana 30 və 40 mm çapda 150 min ədəd qumbaraatan tədarük edəcək.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, bu hərbi avadanlığı Ermənistana Hindistanın “Munitions India Limited” şirkəti çatdıracaq.

Məlumata görə, 2 ay əvvəl Hindistan bu ölkəyə 5 milyon ədəd 7,62 mm çaplı güllə göndərib.

 

Mənbə: report.az