“Xiaomi” bir sıra smartfonların satışını bərpa edib

“Xiaomi” şirkəti bir sıra ölkələrdə bloklanan bütün smartfonların satışını bərpa edib.

“Report” “Global Time”a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, həmin smartfonlar “Xiaomi”nin rəsmən fəaliyyət göstərmədiyi ölkələrdə qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyıb və sırf müvəqqəti tədbir olub.

Daha əvvəl “XDA-developers” forumu bildirmişdi ki, “Xiaomi” İran, Suriya, Şimali Koreya, Kuba kimi bir sıra ölkələrdə, habelə Krım kimi bölgələrdə smartfonların satışına məhdudiyyət qoyub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

SONRAKI XƏBƏR

Musiala, Qerreyru... - Video