“Pfizer” peyvəndində yad cisimlər aşkar edildi

Yaponiyalı mütəxəssislər “Pfizer”/“BioNTech” şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər.

Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub.

Həkimlər məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiyada “Moderna” vaksinlərinin tərkibində də yad cisimlər aşkar olunmuşdu.

Mənbə: TASS

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İrəvan Xoyskini də öldürən qatil-terrorçulara abidə qoyur

SONRAKI XƏBƏR

Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib