“TikTok”da problemlər yaranıb

Dünyanın bir sıra ölkələrində “TikTok” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı bildirib.

Avstraliya, Böyük Britaniya, Kanada, Finlandiya və İspaniyadan olan istifadəçilər əsasən mobil tətbiqetmənin işində yaranan problemlərdən şikayət edirlər. Eyni zamanda bəziləri serverə qoşula bilmir.

2018-ci ilin ortalarında fəaliyyətə başlamış Çinin “TikTok” sosial şəbəkəsi videoçarxlar yükləməyə imkan verir. Bu sosial şəbəkə populyarlığına görə yalnız feysbuk və instaqramdan geri qalır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Futbolçunun atası oğlunun ÇL-dəki debüt qolundan bir neçə dəqiqə sonra öldü

SONRAKI XƏBƏR

"Qarabağ" Konfrans Liqasında ilk matçını keçirdi (ƏLAVƏ OLUNUB)