Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın.

Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib.

Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır- yəni smartfonla daha az vaxt keçirmək lazımdır.

“Ümumi qayda telefonu qucaqlayıb yatmamaqdır: onu nə yastığın altına, nə də yanınızdakı yatağa qoymayıb. Başınıza bir metr, azı yarım metr məsafədən yaxın saxlamamaq daha yaxşıdır”, - deyə mütəxəssis məsləhət verib.

Yastrebtsev telefonu uzaq tutmaq üçün simsiz qulaqlıqlardan istifadə keçməyi də tövsiyə edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

SONRAKI XƏBƏR

Bu ölkə dünyada istifadə olunan bütün vaksinləri tanıyır