"Whatsapp" yenilikllərə davam edir: Ən çox bəyənilən bu funksiya olacaq

"Whatsapp" yenilikllərə davam edir:  Ən çox bəyənilən bu funksiya olacaq

Dünyada ən çox istifadə olunan "Whatsapp" sosial şəbəkəsi daha bir yeniliyi ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, yenilik şəkillərin stikerə çevrilməsi olacaq. Belə ki, istifadəçilər istədikləri şəkilləri stiker kimi istifadə edə biləcək. Bunun üçün mesajlaşma hissəsində kiçik bir düymə yerləşdiriləcək və bu düymə yeni funksiyanı yerinə yetirəcək.

Hazırda test edilən bu funksiyanın istifadəçilərə nə vaxt təqdim ediləcəyi bilinmir.

 

 

Mənbə: metbuat.az