“Telegram”ın işində nasazlıq yaranıb

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidməti məlumat yayıb.

Şikayətçilərin 58 %-i tətbiqin işi, 22 %-i serverin qoşulması ilə bağlı problem yaşadıqlarını bildirir.

Nasazlıq haqqında şikayətlər Rusiya, Ukrayna, İtaliya və sair ölkələrdən olan istifadəçilərdən gəlir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rüşvətə görə həbs ediən direktor və şöbə müdirinə hökm oxundu

SONRAKI XƏBƏR

Qanunsuz qum daşıyanlar cəzalandırılıb