iPhone smartfonları artıq "iOS 15"-ə yenilənə bilərlər

iPhone smartfonları artıq "iOS 15"-ə yenilənə bilərlər

"iOS 15" əməliyyat sistemi iPhone smartfonları üçün əlçatan olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Apple" şirkəti xəbər verib.

Bundan əvvəl "Apple" şirkəti WWDC 2021 konfransında FaceTime xidmətində, "Wallet" (Pul kisəsi) tətbiqində, eləcə də bildirişlərdə bir sıra yeniliklər barədə elan edib.

Bundan əlavə, iOS 15-də fotoşəkildə mətni tanıyan yeni Live Text funksiyası olacaq. Həmin mətni sonra kopyalamaq mümkün olacaq.

Mənbə: az.trend.az