Saturn və Yupiter ən varlı planetlərdir - MARAQLI FAKTLAR

Saturn və Yupiter ən varlı planetlərdir - MARAQLI FAKTLAR

Qurbağalar hamiləliyi necə müəyyən edir?

Bizim.Media xəbər verir ki, 1960-cı illərdə Avropada hamiləliyi yoxlamaq üçün qadının analizini Britaniya laboratoriyasına göndərir, ardınca nümunələri qurbağanın bədəninə vururdular. İki saatdan sonra qurbağa yoxlanılırdı, əgər kürü qoymayıbsa, deməli qadın hamilədir.

Çin filmlərdə zamanla səyahət mövzularını qadağan edib

2011-ci ildə Çin hökuməti özündə zamanla səyahətləri əks etdirən kino və şoulara qadağa qoyub. Pekin rəsmilərinin fikrincə, bu fəaliyyət yolverilməzdir. Çünki tarixi faktları təhrif edir.

Dünyanın ən qısa müharibəsi 38 dəqiqə davam edib

1896-cı il avqustun 27-də İngiltərə ilə Zənzibar arasında müharibə yaşanıb. Savaş sultanlıqdakı çevriliş nəticəsində olub və təxminən 38-45 dəqiqə davam edib. Konflikt nəticəsində 570 zənzibarlı ölüb. İngiltərə ordusunda isə yalnız bir əsgər yaralanıb.

Saturn və Yupiter planetlərində almaz yağışları olur

NASA-nın meteoroloji məlumatlarına əsasən Saturn və Yupiterdə kristal formasında karbon çoxluğu var. Fırtınalar zamanı ildırım çaxması metanı kömürə çevirir. Yerə düşərkən o qrafit qumuna dönür 1000 km uçuşdan sonra isə həmin torpaq almaza çevrilir.

At Qədim Roma senatoru olub

Roma imperatorlarından biri Kaliqula idi. O, dəlisovluğu ilə məşhur olub. Həm də qəddar hökmdar bir dəfə öz sevimli atı İnçitatı senator təyin etməyi qərara alıb.

Yura dövrü parkı filmi texniki cəhətdən pornodur

Çox adamın ailəsi ilə seyr etməyə öyrəşdiyi “Yura dövrü parkı” filmi texniki cəhətdən pornoqrafiya hesab olunur. Çünki dinozavrların lentdəki qışqırıq səsləri əslində tısbağaların cütləşmə səsləridir.

Səkkizayaqlıların 3 ürəyi var

Yer kürəsində də yadplanetli adlandırmaq mümkün olan heyvanlar var. Məsələn səkkizayaqlıların 3 ürəyi mövcuddur. Ürəklərdən ikisi qəlsəmələrə qan ötürür, biri isə bütün bədəni qanla təmin edir. Onların qanı göy rəngdədir. Bundan başqa səkkizayaqlıəların 9 beyni var.

Bizim.Media

Mənbə: bizim.media