“Intel” çip istehsalı zavodlarının tikintisinə 20 milyard dollar xərcləyəcək

“Intel” çip istehsalı zavodlarının tikintisinə 20 milyard dollar xərcləyəcək

ABŞ-ın “Intel” şirkəti Arizonada çip istehsalı üzrə 2 yeni zavodun tikintisinə 20 milyard dollar xərcləyəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, layihə yarımkeçirici çiplərə artan qlobal tələbin dəstəklənməsinə yönəlib.

Uzun müddətdir ki, dünyada çip çatışmazlığı yaşanır. Elektron komponentlərin defisiti bir çox sahələrə, o cümlədən avtomobil sənayesinə mənfi təsir göstərib. Şirkətlər avtomobil istehsalını tamamilə dayandırmaq və yaxud məhdudlaşdırmaq məcburiyyətində qalıb. Bunun nəticəsi olaraq 2021-ci ilin sonuna dünya üzrə minik avtomobillər istehsalı proqnozla müqayisədə 6,2 % az olacaq.

Mənbə: report.az