ABŞ Çin şirkətini arzuolunmaz siyahıya almaq niyyətindədir

ABŞ Çin şirkətini arzuolunmaz siyahıya almaq niyyətindədir

Paralel.az xəbər verir ki, ABŞ rəsmiləri çinli istehsalçını Amerika şirkətlərinin əməkdaşlıq etməsinin qadağan olunduğu təşkilatlar siyahısına əlavə etmək niyyətindədir. “The Washington Post”un məlumatına görə, “Honor”un bir il əvvəl “Huawei”dən ayrılması Amerikanı şirkətin müstəqilliyinə inandırmayıb. Pentaqon və Energetika Nazirliyi də onun sözügedən siyahıya daxil edilməsində israrlıdır. Xəbərə görə, qərarı ABŞ prezidenti Co Bayden verib. Qeyd edilib ki, “Honor” sanksiyalar siyahısında olarsa, şirkət misal üçün, Google ilə işləmək imkanından məhrum ediləcək. Bundan başqa, şirkətin cihazları artıq “Huawei” ilə baş verən axtarış nəhənginin xidmətlərini qəbul etməyəcək. Məlumata görə, “Huawei”nin 2019-cu ildə siyahıya daxil olmasının rəsmi səbəbi Çin şirkətinin 5G baza stansiyaları da daxil olmaqla, telekommunikasiya avadanlıqlarının ABŞ-da milli təhlükəsizliyə təhdid hesab edilməsi olub.

Nigar

Mənbə: paralel.az