Çində uşaqlar “TikTok”dan gündə cəmi 40 dəqiqə istifadə edə biləcəklər

Çində uşaqlar “TikTok”dan gündə cəmi 40 dəqiqə istifadə edə biləcəklər

“TikTok” tətbiqinin Çin versiyasının (Douyin) sahibləri 14 yaşdan kiçik uşaqlar üçün kontentə baxmaq müddətini məhdudlaşdırıb.

Bundan sonra göstərilən yaş kateqoriyasındakı istifadəçilər populyar tətbiqdən gündə 40 dəqiqə (səhər 06.00-dan axşam 22.00-dək) istifadə edə biləcəklər. Qalan vaxtlarda platforma əlçatan olmayacaq.

Bu “yeniyetmə rejimi” əsl adlarından istifadə edərək tətbiqdə qeydiyyatdan keçən bütün uşaqlara şamil ediləcək.

Bu qərar azyaşlıları zərərli təsirlərdən qorumaq üçün qəbul edilib. Telekanalın məlumatına görə, platformanın əsas rəqibi olan “Kuaishou” mobil tətbiqi 2019-cu ildə də oxşar tədbirlər görüb.

Mənbə: www.oxu.az