Tvitter və İnstaqramın fəaliyyətində problem yarandı

Tvitter və İnstaqram sosial şəbəkələrinin fəaliyyətində nasazlıqlar yaranıb.

Axar.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Məlumata əsasən, Instagram"ın işində qüsurlar barədə əsasən ABŞ, "Twitter"in işində isə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və Niderland sakinləri şikayət edir.

Bildirilir ki, 61 faiz istifadəçi "Twitter"in saytının, 28 faiz mobil tətbiqinin işindən, 11 faiz isə serverə qoşulmaqda yaranan çətinliklərdən şikayət edib.

"Instagram" istifadəçilərindən 46 faizi tətbiqin işində, 24 faizi saytın işində, daha 24 faizi isə şərhlərin yazılmasında problemlərlə üzləşiblər.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İrandan qonşulara mesaj: Yeni era başlayır!

SONRAKI XƏBƏR

Aİ bütün mobil cihazlar üçün universal şarj təklif edir