PUA-larla bağlı yenilik: Dərmanları dronlar çatdıracaq - VİDEO

Yunanıstanın Trikala şəhərinin səlahiyyətliləri uzaq bölgələrə dərman çatdırmaq üçün Pilotsuz Uçuş Aparatlarını (PUA) sınaqdan keçirməyə başlayıb. Azvision.az xəbər verir ki, bu barədə "Ekathimerini" məlumat yayıb. Qeyd edilir ki, Yunanıstanın şimal -qərbində yerləşən Trikaladan 3 kilometr məsafədə olan Leptokaryaya xüsusi bir dron uçub. Ümumilikdə dron iki yerdə dayanıb- Aptekin yaxınlığında və fermerlərdən birinin tarlasında.

“Texnologiya yaşadığımız problemlərin əsl həllini təmin edə bilər. Bu gün dərmanları aptekdən daşıdıq. Sabah təcili yardımlar üçün dərmanların daşınması ola bilər"-,Trikala Bələdiyyə başçısı Dimitris Papastergio məlumat verib.

Səlahiyyətlilər PUA-larla preparatların çatdırılması layihəsinin COVID-19 pandemiyası zamanı son dərəcə əhəmiyyətli olduğunu düşünürlər.

Qeyd edək ki, bundan öncə Avstraliyanın "Infravision" şirkətinin PUA-sı Sidneyin şimalındakı elektrik şəbəkəsinin əlçatmaz bir hissəsində yerləşən kabellərini aça bilmişdi.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

36 yaşlı rusiyalı qadın keçmiş qayınatası tərəfindən amansızlıqla qətlə yetirildi

SONRAKI XƏBƏR

Yeni mövsüm nə vaxt başlayır?