Edvard Snouden XƏBƏRDARLIQ ETDİ: Bu VPN-dən istifadə etməyin

Edvard Snouden XƏBƏRDARLIQ ETDİ: Bu VPN-dən istifadə etməyin

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı "Edvard Snouden" "ExpressVPN" xidmətinin istifadəçilərinə xəbərdarlıq edib. Belə ki, o, bu xidmətdən istifadədən imtina etməyi tövsiyyə edib.

Metbuat.az xəbər verir ki, bunun üçün ciddi səbəblər var. Snouden-in bu xidmət barəsində hansısa ciddi məlumatlara sahib olub-olmadığı məlum deyil. O sadəcə olaraq öz Twitter hesabında bu cür yazını paylaşıb: “Əgər siz, "ExpressVPN" xidmətindən istifadə edirsinizsə, tez zamanda bu xidmətdən itmina etməlisiniz”. Snouden-in bu tvitinə xüsusi paylaşım əlavə edilib. Həmin paylaşımda qeyd edilib ki, "ExpressVPN" xidmətinin informasiya xidmətinin rəhbəri olan "Daniel Gericke" vaxtı ikən "Project Raven" adlı layihədə iştirak edib.

Bu layihə çərçivəsində isə Birləşmiş Ərəb Əmirliklərinin xüsusi dövlət orqanları üçün casusluq fəaliyyəti icra edən proqram təminatları yaradılıb. "Daniel Gericke" ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən müxtəlif casusluq əməliyyatlarında günahlandırılan və məsuliyyətə cəlb edilmiş 3 keçmiş əməkdaşdan biridir. Həmin şəxslər bir vaxtlar ABŞ-ın müxtəlif kəşfiyyat xidmətlərində çalışıblar. Nəticədə bu 3 şəxs istintaqa yardım etməyə razı olublar və ümumilikdə 1 milyon dollardan bir qədər çox cərimə ödəyiblər. Güman olunur ki, 3 nəfərdən ibarət bu komanda Birləşmiş Ərəb Əmirlikləri üçün hacker qismində çalışıb.

 

 

Mənbə: metbuat.az