AzTU “Texnofest-2021”də finala keçən yeganə ali məktəbdir

Azərbaycan Texniki Universitetinin (AzTU) “AsUniSer” komandası İstanbulun Atatürk Hava Limanında keçrilən “Texnofest-2021” festivalında iştirak edir.

Tehsil.biz xəbər verir ki, komanda üzvləri Ceyhun Xəlilov və Ruslan Hacıömərov festivala “Texnofest”in Çevrə və Enerji Texnalogiyaları bölümündən invertorlu (hibrid) elektrik tənzimləyicisi ilə qatılıblar.

Qeyd edək ki, AzTU festivalın final mərhələsinə keçən yeganə universitetdir. Belə ki, Azərbaycandan başqa heç bir iştirakçı ölkənin ali məktəb təmsilçisi “Texnofest-2021”in finalında iştirak hüququ qazana bilməyib.

Xatırladaq ki, 2018-ci ildən təşkil olunan “Texnofest” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərdən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin diqqətini qeyd olunan sahələrə yönəltmək və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ilə gərginliyin artmasını istəmirik - Miçotakis

SONRAKI XƏBƏR

Anar Allahverdiyev: Komandamız şahmat tariximizdə ilk dəfə klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb