Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur?

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

BAKI, 21 sentyabr — Sputnik. Yaponiyanın Xirosima Universiteti və Kansay Tibb Universitetinin alimləri siqaret çəkən insanların hansı səbəbdən koronavirusa daha az yoluxduğunu araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmanın nəticəsi "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin müşahidələri göstərir ki, siqaret çəkənlər arasında SARS-CoV-2 virusuna yoluxanların sayı bu zərərli vərdişdən uzaq olanlara nisbətən xeyli aşağıdır. Bununla belə, siqaret çəkməyin sözügedən xəstəliyin gedişatını çətinləşdirdiyi artıq öz təsdiqini tapıb. Yapon alimləri bu fenomeni araşdırmaq qərarına gəliblər.

Nəticədə aydın olub ki, tütünün tərkibindəki bəzi maddələr virusun "fəaliyyətinə" mane olur. Məsələ burasındadır ki, tütünün tərkibində zəhərli və kanserogen xarakter daşıyan politsiklik aromatik karbohidrogenlər (PAH) var və onlar SARS-CoV-2 virusu ilə insan hüceyrələri arasında bir növ "qapı" rolunu oynayır, yəni ACE-2 reseptorlarının əmələ gəlməsinə maneə törədir. Bu reseptorlar olmadan isə virus insan hüceyrələri ilə "birləşə" bilməz. Buna görə də siqaret çəkənlərin koronavirusa yoluxma ehtimalı aşağıdır.

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı da yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Erməni: Evimdə Azərbaycan bayrağı dalğalanır - VİDEO

SONRAKI XƏBƏR

Günel Tatlısəslə bir arada: "Mənəvi atamdır" - FOTO