Bundesver köhnəlmiş texnologiyaları alır

Almaniya ordusu yaxın gələcəkdə təxminən 600 milyon avro sərmayə qoymağa hazırlaşır. Maraqlıdır ki, bu investisiyalar tamamilə köhnəlmiş texnologiyanın alınmasına yönəldiləcək.

AZƏRTAC “Der Spiegel” nəşrinə istinadla xəbər verir ki, Berlin Fransa hərbi sənayesi ilə 1970-ci illərin sonunda Almaniya quru qoşunları üçün hazırlanmış standart SEM 80/90 rasiyasının sifarişi ilə bağlı saziş imzalayıb.

Radiostansiya Almaniya şirkəti tərəfindən hazırlanıb, lakin şirkətin bir hissəsi fransızlar tərəfindən alınıb. İndi almanların qonşuları köhnə radionu demək olar ki, sıfırdan başlayaraq - eyni formatda və eyni bağlantılarla yaratmalıdırlar ki, onu Almaniya Silahlı Qüvvələrinin bütün avtomobillərinə asanlıqla quraşdıra bilsinlər. “Der Spiegel” nəşri bildirir ki, bu zaman hətta ən cüzi modernləşmədən belə çəkinmək lazımdır.

Kontraktın məbləği 600 milyon avroya çatır. “Der Spiegel” nəşrini heyrətləndirən budur ki, sifarişin köhnəlmiş avadanlıqla əlaqəli olması istehzaya səbəb olur.

Vüqar Seyidov

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı idman gimnastı Rusiyada altı medal qazandı - VİDEO

SONRAKI XƏBƏR

Rusiyada Elbrus dağına qalxarkən yaralanmış turistlərin səhhəti yaxşılaşır