Yaşıl işığa bürünən Yerin kosmosdan möhtəşəm görüntüsü - FOTO

Fransalı astronavt Toma Peske Beynəlxalq Kosmik stansiyadan daha bir möhtəşəm foto ilə gündəmə gəlib. Bu dəfə onun kadrında planetimizin yaşıl işıq saçması əks olunub.

Fotonu “xüsusi” adlandıran astronavtın sözlərinə görə, həmin vaxt bədirlənmiş Ay Yeri gündüz kimi işıqlandırmışdı.

Qeyd edək ki, Peske aprel ayından BKS-dədir. Bu müddət ərzində o, dəfələrlə BKS-dən maraqlı görüntülər paylaşıb. Astronavtın noyabr ayında Yerə qayıtması planlaşdırılır.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Kurtlar Vadisi”nin Elifi uzun fasilədən sonra göründü - FOTO

SONRAKI XƏBƏR

Soçidə ticarət mərkəzində atışma baş verib