İlon Mask "Twitter"də bu sözlərin istifadəsinə qadağa qoydu

İlon Mask "Twitter"də bu sözlərin istifadəsinə qadağa qoydu

"X"in ("Twitter") sahibi İlon Mask platformada bir neçə söz və söz birləşməsinin işlədilməsinə qadağa qoyub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu ifadələrə "Çaydan dənizə qədər Fələstin azad olacaq" və "Fələstinin dekolonizasiyası" aiddir.

Maskın sözlərinə görə, "dekolonizasiya" yəhudi soyqırımını ifadə edir. Buna görə də onun istifadəsini qəbuledilməz adlandırıb.

İlon bildirib ki, həddindən artıq zorakılıqla əlaqəli açıq çağırışlar xidmət şərtlərimizə ziddir.

Mənbə: news.milli.az