Çinin tələbi ilə Quran proqramı silindi

Çinin tələbi ilə Quran proqramı silindi

“Əpl” (Apple) şirkəti Quranı oxumaq və dinləmək üçün nəzərdə tutulan məşhur “Quran Məcid” tətbiqini Çindəki “Əpp Stor”dan (App Store) silib.

Axar.az BBC-yə istinadən xəbər verir ki, tətbiq Çin rəsmilərinin tələbi ilə silinib.

Əpl şirkəti bunun dini məzmunla heç bir əlaqəsi olmadığını və texniki nasazlıq səbəbindən silindiyini bildirib.

Qeyd edək ki, “Quran Məcid”proqramı ödənişsizdir və dünyada 25 milyon müsəlman istifadəçi tərəfindən istifadə edilir.

 

Mənbə: axar.az