"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib

"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib

"Apple" şirkəti "AirPods" simsiz qulaqlıqlarının üçüncü nəslini təqdim etdi. Yeni məhsulların təqdimatı onlayn formatda keçirilib.

Trend-in məlumatına görə, təqdimatın video yayım şirkətin saytında keçirilib.

Üçüncü nəsil qulaqlıqlar yeni dizayna malikdir. Yeni qulaqlıqlar məkan audio funksiyası ilə təchiz olunub və suya davamlıdır.

İstehsalçılara sözlərinə görə, batareya altı saat fasiləsiz musiqi dinləməyə imkan verəcək.

Yeni qulaqlıqların qiyməti 179 dollar təşkil edəcək və gələn həftədən etibarən məhsulu sifariş etmək mümkün olacaq.

Mənbə: az.trend.az