İnstaqramın işində yenə problemlər müşahidə olunur

ABŞ-da bazar ertəsi instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin saytında bildirilir.

Portal qeyd edib ki, nasazlıqlar haqqında bildirən istifadəçilərin 49 %-i proqramın işindən şikayətlənir, istifadəçilərin 32 %-i sosial şəbəkədə paylaşımları yerləşdirməkdə çətinliklərlə üzləşib, daha 19 % istifadəçi sayta girə bilmir.

Nasazlıq haqqında xəbərlər həmçinin Böyük Britaniyadan, Almaniyadan və Fransadan və digər ölkələrdən daxil olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Krauç “Liverpul”un növbəti baş məşqçisinin kim olacağını açıqladı

SONRAKI XƏBƏR

“Onu masaj etmədiyim üçün yer tutmadım” - Müsabiqə iştirakçıları