“Google”dan maraqlı addım: Nadir heyvanları smartfondan izləmək mümkün olacaq

Bundan sonra İsveçin nadir heyvanlarını smartfondan izləmək mümkün olacaq. Belə ki, İsveç Ətraf Mühitin Mühafizəsi Agentliyi ölkənin nadir heyvanlarını 3D olaraq görməyə imkan verən reallıq yaratmaq üçün “Google” ilə əməkdaşlığa başlayıb.

Layihənin məqsədi yerli sakinlərə və turistlərə meşə sakinləri ilə təsadüfən rastlaşanda onları ​​tanımağı və zərər verməməyi öyrətməkdir.

 

Vaşaq, şimal tülküsü, eşşəkarısı, ağacdələn və dəniz donuzu (bu sadalananların hamısı İsveçin Qırmızı Kitabına daxil edilib) görmək üçün adlarını smartfonda “google”a yazmaq kifayətdir. Hətta bu rus dilində də mümkündür.

Bundan sonra, axtarış xidməti canlının təsviri olan kart göstərəcək. “3D izlə” düyməsini basmaqla istifadəçi heyvanı hər tərəfdən görə və səsini dinləyə bilər.

“Özündə yerləşdir” düyməsini basmaqla isə onu ekrandan izləyə və birgə foto-video çəkmək olar.

Mənbə: “Europulse”

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Astronomlar ilk dəfə sayrışan ağ cırtdan ulduz aşkarlayıblar

SONRAKI XƏBƏR

"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib