"Kainatımız laboratoriyada yaradılıb"- "Harvard" alimi

"Kainatımız laboratoriyada yaradılıb"-  "Harvard" alimi

Hazırda içində yaşadığımız dünya süni şəkildə yaradılıb. Bununla bağlı iddia irəli sürən "Harvard" universitetinin Astronomiya fakultəsinin keçmiş rəhbəri Evi Loeb deyib ki, yer kürəsi bizdən daha çox inkişaf etmiş həyat formalarına aid bir laboratoriyada yaradılıb. AzVision.az xəbər verir ki, alim kainatın mənşəyi ilə bağlı öz nəzəriyyəsini qələmə alaraq "Scientific American"da dərc edib.

Loeb əminliyini ifadə edib ki, kainat texnoloji cəhətdən son dərəcə inkişaf etmiş bir sivilizasiyanın laboratoriya təcrübəsinin nəticəsi olaraq meydana çıxıb. "Harvard" alimi tərəfindən səsləndirilən bu fikir, yaradılış haqqında dini fikirlərlərlə dünyanın quruluşu haqqında kvant səviyyəsindəki elmi nəzəriyyələri birləşdirir.

Mənbə: azvision.az