"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb

Bakı. Trend:

Dünyada ABŞ-ın "Netflix" korporasiyasının ödənişli abunəçilik xidmətlərindən istifadə edənlərinin sayı 214 milyonu ötüb.

Trend-in məlumatına görə, bu barədə korporasiyasının son rüb üzrə hesabatında deyilir.

Bildirilir ki, sentyabrın 30-u bitən 3 aylıq dövr ərzində "Netflix"in abunəçilərinin sayı 4,4 milyon artıb. Təqdim edilən proqnozlara əsasən, bu ilin dördüncü rübünün sonuna qədər abunəçilərin sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.

Qeyd edilir ki, hesabat dövrü ərzində şirkətin gəliri 7,4 milyard dollar, qazancı isə 1,4 milyard dollar təşkil edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Messidən dubl - Video

SONRAKI XƏBƏR

Elnur Əşrəfoğlu 23 il əvvəl... - Onu Azərbaycana tanıdan veriliş + VİDEO