İnstaqramda bir neçə funksiya yaradılır

İnstaqram sosial şəbəkəsində bir neçə yeni funksiya yaradılır.

"Report" xəbər verir ki, bu barədə "Tech Crunch" məlumat yayıb.

Belə ki, bu gündən etibarən instaqramda "Collabs" funksiyası işə düşür ki, bu da iki istifadəçiyə ortaq yazılar paylaşmağa imkan verəcək. Yazılarda ümumi şərhlər, baxışlar və bəyənmələr olacaq.

Həmçinin istifadəçilərə qeyri-kommersiya təşkilatları üçün pul toplamaq imkanı yaradılacaq.

Oktyabrın 21-dən isə istifadəçilər tətbiqdən istifadə etmədən kompüter və ya smartfonda yazı paylaşa biləcəklər.

Bununla yanaşı, "Reels" üçün yeni xüsusiyyətlər əlavə ediləcək ki, bunların arasında 3D sözləri də var.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bölgədə uzunmüddətli sabitliyin əsaslarından biri... - Polyanski

SONRAKI XƏBƏR

Dünyada koronavirusa yoluxanların sayı 241 milyonu ötdü