KXDR sualtı qayıqdan ballistik raket buraxdığını təsdiqləyib

Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 19-da yeni sualtı ballistik raketi uğurla sınaqdan keçirdiyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

"Yeni sualtı qayığın ballistik raketi ölkəmizin müdafiə texnologiyalarının inkişafına, donanmanın sualtı döyüş qabiliyyətinə böyük töhfə verəcək", - açıqlamada deyilir. Agentliyin məlumatına görə, ölkənin lideri Kim Çen In raket sınaqlarında iştirak etməyib.

Daha əvvəl Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi KXDR-in çərşənbə axşamı səhər saatlarında ölkənin şimal-şərqindəki sahil bölgəsindən ballistik raket buraxdığını bildirib. Bu, KXDR-in ilin əvvəlindən indiyə kimi səkkizinci raket sınağıdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən çox qazanan liderləri kimlərdir?

SONRAKI XƏBƏR

İtaliyada futbol matçlarında irqçi şüarlar səsləndirən azarkeşlərin stadionlara girişi qadağan edilə bilər