Avtomobil buraxacağını deyən kimi – SƏHMLƏRİ «UÇDU» - QİYMƏT

Avtomobil buraxacağını deyən kimi – SƏHMLƏRİ «UÇDU» - QİYMƏT

Çinin elektronnika məhsulları istehçsalçısı olan «Xiaomi» şirkəti elektrik avtomobillərinin istehsalına başlayacağını elan edən kimi, səhmləri kəskin bahalaşıb.

FED.az xəbər verir ki, oktyabrın 19-da şirkət elan edib ki, artıq 2024-cı ildən öz avtomobillərinin istehsalına başlayır.

Nəticədə Honqkonq Fond Birjasında şirkətin səhmləri 6%-dən çox bahalaşaraq 22,65 Honqkonq dollarına yüksəlib. Sonradan qiymətlər 22,5 dollarda sabitləşib.

Səhmin bahalaşmasının səbəbi «Xiaomi»nin prezidenti Ley Szyunun avtomobillə bağlı açıqlaması olub. Hazırda əsas gəlirləri smartfon satışından olan «Xiaomi» qarşıdakı 10 il ərzində elektrik avtomobillərinin istehsalına ildə 10 milyard dollar yatırmaq niyyətindədir.

Hazırda Çinin elektromobil bazarı sürətlə inkişaf etməkdədir. «Canalys» araşdırma şirkətinin proqnozlarına görə, təkcə 2021-ci ildə elektromobil bazarı 51% artacaq və 1,9 milyon belə maşın satılacaq.

Hazırda bununla bağlı yaradılmış «Xiaomi EV» şirkətidə 300 nəfər çalışır.

Mənbə: fed.az