Google yeni smartfonlarını təqdim etdi - 599 DOLLARA

Google yeni smartfonlarını təqdim etdi - 599 DOLLARA

Qlobal texnologiya nəhəngi Google ötən gün yeni smartfonlarını təqdim edib.

FED.az xəbər verir ki, Google-un rəsmi bloqundakı açıqlamada Pixel 6 və Pixel 6 Pro mobil telefonlarının özəllikləri haqqında ətraflı məlumat təqdim olunub.

Hər 2 smartfon Google-un ilk mikroprosessoru olan Tensor çipi və Android 12 əməliyyat sistemi ilə təchiz edilib. Yeni çipin süni intellekt və maşın öyrənmə xüsusiyyətlərindən istifadə etməsi həm nitqin tanınması, həm də şəkillərin daha təkmilləşdirilmiş emalına imkan verir.

Pixel 6

6,4 düymlük AMOLED ekran, Full HD+ (1920x1080)

Əsas kamera: 50 Mp, 12 Mp genişbucaqlı obyektivlə birgə

Ön kamera: 8 Mp

Barmaq izini oxuyan skaner, Gorilla Glass Victus qoruyucu ekran

Akkumulyator: 4400 mA/s

Operativ yaddaş: 8Gb, daxili yaddaş: 256 Gb

Qiyməti: 599 dollardan başlayaraq

Pixel 6 Pro

6,7 düymlük LTPO ekran, QHD+ (3120x1440)

Əsas kamera: 50 Mp, 48 Mp teleobyektivlə birgə

Ön kamera: 11 Mp

Barmaq izini oxuyan skaner, Gorilla Glass Victus qoruyucu ekran

Akkumulyator: 5000 mA/s

Operativ yaddaş: 12Gb, daxili yaddaş: 512 Gb

Qiyməti: 899 dollardan başlayaraq

Magic Eraser funksiyası smartfonlarla fotoşəkil çəkərkən, arxa fondakı arzuolunmaz obyektləri silməyə, Motion rejimi şəkillərdə hərəkətliliyi təmin etməyə, Real Tone funksiyası isə dəriyə təbii rəng verməyə kömək edir. Həmçinin, səsli mesajı yazıya çevirmək, Live Translate funksiyası vasitəsilə 48 müxtəlif dildə, o cümlədən ingilis, yapon, fransız, alman, italyan dillərində mesajlaşma mümkündür.

Google-un yeni smartfonları oktyabrın 28-dən satışa çıxarılacaq. Öncədən sifariş xidməti artıq aktivləşdirilib. (Marja)

Mənbə: fed.az